“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC audit xidmətlərinin satın alınması üzrə tenderi yekunlaşdırıb.
“Azərenerji”nin 21 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, tenderin qalibi “Azəruçot” MMC (VÖEN: 2007078631) olub. Şirkət auditin aparılması xidmətini həyata keçirmək üçün 7 300 manat məbləğində müqavilə imzalayıb.
Qeyd edək ki, “Azəruçot” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Eldar Təhmezov Azay oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 18, mənzil 163 ünvanında yerləşir.