“AzerGold” QSC tərəfindən təsis edilən "Daşkəsən Dəmir Filiz" MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
FED.az xəbər verir ki, tender audit xidmətlərinin satın alınması üzrə keçirilib. Tenderin qalibi "PraysvoterhausKupers Audit Azərbaycan" MMC (VÖEN: 1700815581) olub. Qalib şirkətlə 172 516 manat dəyərində müqavilə bağlanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, "PraysvoterhausKupers Audit Azərbaycan" MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 100.000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Shaukat Ali Shabbir Tapiadır. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanında yerləşir.