“Azərsu” ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Azərsu” ASC-nin daxili vəsaiti hesabına Cəmiyyətin 2023-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının yoxlanılması və aparılmış maliyyə-təsərrüfat əməliyyatların qanunvericiliyə uyğunluluğunun təhlili xidmətlərinin satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 9900001751
Satınalan təşkilatın ünvanı: Moskva prospekti 67, AZ 1012 Bakı,
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 27.03.2024 15:22
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.04.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 22.04.2024 15:00
Ehtimal olunan qiymət: 215 000 AZN
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) –Məmmədyar Musayev, mühəndis
Email : [email protected]
Əlaqə telefonu : (+99412) 431-47-67/87