Aqrar Tədarük və Təchizat "Mərkəzi anbar fəaliyyətinin təşkili üçün Bakı şəhəri ( Nəsimi , Binəqədi və Nərimanov rayonları) ərazisində anbar təyinatlı binanın icarə xidmətinin satınalınması" ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. Müsabiqə fevral ayının 9-da başlayır.Tələb olunan sənədlər martın 3-dək, təkliflər isə martın 14-dək təqdim edilməlidir. Zərflər mart ayının 15-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1101438441
Satınalan təşkilatın ünvanı: Bakı şəh., Qaradağ rayonu AZ1063, Lökbatan qəs, Xocasən yolu 57
Çatdırılma yeri: Bakı şəhəri
Çatdırılma müddəti: 12 ay
Anbarın sahəsi 1500(± 300) olmalıdır. Anbarda 24 saat mühafizə xidməti (qeyd olunan qiymətə daxil olmalıdır), video müşahidə (anbar daxil və anbar xaric kameralar, kor zona olmamalıdır) sistemi və yanğından mühafizə sistemi olmalıdır. Energi təchizatı 3 qütblü elektriklə təchiz olmalıdır. Yük maşınlarının rahat əraziyə daxil olması və manevr etməsi üçün anbarın qarşısı geniş olmalıdır. Anbar daxilində: beton döşəmə, havalandırma, 24 saat su təchizatı , sanitar qovşaq və bir ədəd 15-25 m2 ölçüdə ofis otağı olmalıdır. Yük avtomobillərinin saxlanılması üçün (minimum 700 m2 və maksimum 900 m2 ) əlavə sahə olmalıdır. (minimum 700 m2 və maksimum 900m2)