Aqrat Tədarük və Təchizat anbar icarəsi ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tender elanı “Aqrar tədarük və təchizat” ASC tərəfindən Mərkəzi anbar fəaliyyətinin təşkili üçün Bakı şəhəri ( Nəsimi , Binəqədi və Nərimanov rayonları) ərazisində anbar təyinatlı binanın icarə xidmətinin satınalınması ilə bağlıdır.
Tenderdə iştriak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1101438441
Satınalan təşkilatın ünvanı: Bakı şəh., Qaradağ rayonu AZ1063, Lökbatan qəs, Xocasən yolu 57
Satınalma predmeti: “Aqrar tədarük və təchizat” ASC tərəfindən Mərkəzi anbar fəaliyyətinin təşkili üçün Bakı şəhəri ( Nəsimi , Binəqədi və Nərimanov rayonları) ərazisində anbar təyinatlı binanın icarə xidmətinin satınalınması
ÜSL kod (kateqoriya): 70311000-4 Yaşayış binasının icarə və ya satış xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 30.03.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.04.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.05.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 02.05.2023 12:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Çatdırılma yeri - Bakı şəhəri
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 1 il
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Kazım Hüseynov, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0125998674
Anbarın sahəsi 1500(± 300) olmalıdır. Anbarda 24 saat mühafizə xidməti (qeyd olunan qiymətə daxil olmalıdır), video müşahidə (anbar daxil və anbar xaric kameralar, kor zona olmamalıdır) sistemi və yanğından mühafizə sistemi olmalıdır. Energi təchizatı 3 qütblü elektriklə təchiz olmalıdır. Yük maşınlarının rahat əraziyə daxil olması və manevr etməsi üçün anbarın qarşısı geniş olmalıdır. Anbar daxilində: beton döşəmə, havalandırma, 24 saat su təchizatı , sanitar qovşaq və bir ədəd 15-25 m2 ölçüdə ofis otağı olmalıdır. Yük avtomobillərinin saxlanılması üçün (minimum 700 m2 və maksimum 900 m2 ) əlavə sahə olmalıdır. (minimum 700 m2 və maksimum 900m2). Müddət 12 ay