Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tender elan edir.
Eləcə də bax: Dövlət qurumu abadlıq və təmir işləri üçün - 3 TENDER ELAN EDİR
FED.az xəbər verir ki, tender 2 (iki) lot üzrə keçirilir:
LOT-1. Abadlaşdırma xidmətləri haqqının ödənilməsinin satınalınması
LOT-2. Qurğuların (tikintilərin) əsaslı təmirinin (yolların əsaslı təmiri) satınalınması
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/-dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar
Tenderdə iştirak etmək istəyən təşkilatlar lotlar üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı:
LOT 1 - 300 manat
LOT 2 - 500 manat
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 24.08.2020-ci il saat 12:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 01.09.2020-ci il saat 15:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 02.09.2020-ci il saat 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.