Dövlət Sərhəd Xidməti “Maz 631708 markalı yük və şəxsi heyət daşıyan avtomobillər üçün avtoşinlər” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə yanvar ayının 18-də başlayacaq.Tələb olunan sənədlər fevralın 9-dək, təkliflər isə fevralın 17-dək təqdim edilməlidir. Zərflər fevral ayının 20-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1700360581
Satınalan təşkilatın ünvanı: AZ 1000, Bakı şəhər, Z.Əliyeva küçəsi, 30
Çatdırılma yeri: Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi 52-ci km
Qeyd: sifarişə 94 ədəd 525/70 R-21 66 PR-16 ölçülü MAZ-631708 markalı yük və şəxsi heyət daşıyan avtomobillər üçün avtoşin daxildir.