Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün noutbukların satın alınması məqsədilə açıq tender elan edir.
Eləcə də bax: Dövlət qurumu videomüşahidə sistemi alır - TENDER
FED.az xəbər verir ki, qurum 9000 ədəd noutbuk (intel I3) alır.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə 300 (üç yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18 nömrəli ünvandan (əlaqələndirici şəxs - İlham Şixbabayev, tel: (+99412) 465-73-48) ala bilərlər.