İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirləri üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tender çərçivəsində tibbi sərfiyyat malları, laborator reaktivləri və sərfiyyat malları, həmçinin PCR kit dəstləri və onlara uyğun sərfiyyat malları satın alınacaq.
Qeyd edək ki, 875 301 manatlıq tenderin qalibi "Paşa - K" firması olub. Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.