"Azəralüminium" MMC "6 ədəd sedan və 3 ədəd ofroder tipli minik avtomobilinin satınalınması" tenderini yekunlaşdırıb.
FED.az xəbər verir ki, qalib şirkət "Absheron Tayota Merkezi" MMC (VÖEN: 3103678821) seçilib.
Qalib şirkətə 531 min manat ödəniləcək.
Qeyd edək ki, şirkət bundan əvvəl Şahdağ Turizm Mərkəzinin 56 min 950 manat dəyərindəki "Nəqliyyat vasitəsi" tenderinin qalibi seçiiib.
Şirkət ümumilikdə 2021-ci ildən indiyədək 17 satınalma müqaviləsi imzalayıb.
Məlumat üçün onu da əlavə edək ki, şirkət 12.01.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 000 manatdır. Qanuni təmsilçisi Cəmil Məmmədov Böyükağa oğludur. Hüquqi ünvanı Az0600 Abşeron rayonu, Xırdalan şəhəri. Bakı-Quba şossesi ev 6 km-dir.