İnnovasiya və Təchizat Mərkəzi “"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş masaüstü kompüter dəstlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Bestcomp Group” QSC (VÖEN: 1300141651) olub.
Qalib şirkətlə 7 599 790 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə görə 5 000 dəst kompüter dəsti satın alınacaq.
Qeyd edək ki, “Bestcomp Group” QSC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 8 962 330 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərid Həsənov Rafiq oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25E ünvanında yerləşir.