Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidməti Feromon tələlərin satın alınması ilə bağlı açıq tener elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır,
Satınalan təşkilatın VÖEN-i: 1300599171
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Kazım Kazımzadə küçəsi 100A
Müsabiqənin başlama tarixi və vaxtı: 09.06.2023 17:59
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.07.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 14.07.2023 11:00
Ödəniş şərtləri - Bank köçürməsi yolu ilə
Çatdırılma yeri - Bakı şəh., Binəqədi ray., Biləcəri qəs., X. Natəvan 16
Çatdırılma müddəti - 2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının nizamnaməsi
İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnamə
Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı
İddiaçının rekvizitləri
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənəd
İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı olmalıdır
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Adəm Nuri, Aparıcı məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: 050 - 710 - 72 - 20
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Feromon tələ |
Metil (E, E, Z) 2, 4, 6 dekatrionat və ya Etil (E, E, Z) 2, 4, 6 dekatrionat |
7.300 |
dəst |