Bakı Metropoliteni “Bakı Metropoliteni” QSC-nin tikinti və istismar sahələri üçün boruların və santexnika mallarının satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Caspian Klima" MMC olub.
Qalib şirkətə 720 044 manat ödəniləcək.
Xatırladaq ki, "Caspian Klima" MMC daha öncə də, ümumilikdə 425 min manatlıq Bakı Metropoliteninin 3 tenderini udub.