Naxçıvan MR Dövlət Energetika Xidməti 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Sistem əhəmiyyətli yeni 132/110/35/10 kV-luq Culfa yarımstansiyasında quraşdırma işlərinin davam etdirilməsi üçün 2 ədəd 110/35/10 kV-luq Güc transformatorunun satınalınması” tenderinin qalibi “Orbital Engineering” MMC olub.
Şirkətlə 1 687 400 manat məbləğində müqavilə imzalanıb .
“Elektrik Şəbəkələrində quraşdırma işlərinin davam etdirilməsi üçün 6 ədəd 6300 kVA 35/10 kV-luq güc transformatorunun satınalınması” tenderinin qalibi “Cihan Ceramic” MMC olub.
Şirkətlə 1 132 800 manat məbləğində müqavilə imzalanıb .