ADA universiteti içməli su alışı üzrə tender elan edib.
FED.az xəbər verir ki, tender çərçivəsində 3 lot üzrə ümumilikdfə 58 min ədəd qabda 19 litrlik içməli su alınacaq.
Bunlar 25 min, 25 min və 8 min ədəddir. Tələblərə görə, 19 litrlik qablarda qablaşdırılmış qazsız içməli su alınacaq.
Suyun qablaşdırılması: plastik material (polikarbonat), istifadə müddəti 1 il.
Suyun tərkibi: qaynadılmadan və qaynadılaraq içilə bilən.
Qablaşdırma: insan əlidəymədən və steril şəraitdə.
ÜSL kod (kateqoriya) - 03313000-6 Su(Akva) məhsulları,
Müsabiqənin başlama tarixi və vaxtı 06.01.2023 18:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 31.01.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı 08.02.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı 09.02.2023 10:00
Müsabiqədə iştirak haqqı 100 AZN təşkil edir.
Məhsulun çatdırılma yeri: ADA Universiteti, Əhmədbəy Ağaoğlu 61, Nərimanov rayonu, Bakı/ Qazax rayonu,ADA universiteti yanında Qazax müəllimlər seminariyası.
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır
Sahibkarlıq subyektinin bölgüsü
malgöndərən(podratçı) Dövlət Statistika Komitəsindən alır
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Tətbiq edilməsi məqsədəmüvafiq hesab edilən hər bir göstərici (təcrübə, işçi qüvvəsi və s.) üçün ayrı-ayrılıqda meyarlar və qiymətləndirmə prosedurları (tətbiq qaydaları) müəyyən edilsin, əks təqdirdə bu meyar çıxarılsın
Son iki ildə yerinə yetirilmiş müqavilələr haqqında mal göndərənin(podratçının) təqdim etdiyi arayış.
şirkətin blankında imzalı, möhürlü təqdim edilməlidir.
Təklif edilən suyun “gigiyenik”, “uyğunluq”, “İSO”, sertifikatları
sənədlərin surətləri yüklənməlidir.
Tender təklifləri yalnız qiymətə əsasən qiymətləndiriləcək.