Daxili İşlər Nazirliyinin Tibb İdarəsi “Narkotik testlərin satınalınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə yanvar ayının 10-da başlayır.Tələb olunan sənədlər fevralın 1-dək, təkliflər isə fevralın 9-dək təqdim edilməlidir. Zərflər fevral ayının 10-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1700341621
Satınalan təşkilatın ünvanı: Azadlıq prospekti 161
Çatdırılma yeri: Azadlıq pr 161
Çatdırılma müddəti: 29.12.2023
Qeyd: Tələb olunan narkotik testlərinin sayı aşağıdakı kimidir
Narkotik kart test Morfi MOP – 19 000 ədəd
Narkotik kart test Marixuana THC – 19 000 ədəd
Narkotik kart test 5 parametrli (AMP, COC, MOP, THC, BAR) – 18 500 ədəd