Dövlət Sərhəd Xidməti dənizçi heyəti üçün xüsusi geyimlərin alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700360581
Satınalan təşkilatın ünvanı: AZ 1000, Bakı şəhər, Z.Əliyeva küçəsi, 30
Müsabiqənin başlama tarixi və vaxtı: 13.03.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 10.04.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.04.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 19.04.2023 14:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Ödəniş iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildikdən sonra elektron qaimələr, hesab fakturalar, aktlar və digər sənədlərə əsasən aparılacaqdır.
Çatdırılma yeri - Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi 52-ci km
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 2023-ci ilin sonunadək
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Toğrul Qarayev, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 012-498-01-36
Qeyd: Sifarişə 250 dəst göy rəngli işçi paltarı (köynək paqonları ilə və şalvar, matros heyəti üçün) və 200 ədəd göy rəngli boyunluğu formalı gödəkcə və şalvar daxildir.