Ədliyyə Nazirliyi qol saatları tenderlərinin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, nazirliyin hər iki tenderinin qalibi “VMF” şirkəti olub və ümumilikdə 49 min 725 manatlıq müqavilə bağlanıb.
Eləcə də bax: Qoz-fındıq festivalı üçün - 25 MİN MANAT
Ədliyyə Nazirliyi tərəfindən maliyyələşdirilməsi həyata keçirilən məhkəmələr üçün Ədliyyə Nazirliyinin emblemi həkk olunmuş hədiyyə xarakterli kişi və qadın qol saatlarının alınması üçün 29 min 225 manatlıq;
Ədliyyə Nazirliyinin emblemi həkk olunmuş hədiyyə xarakterli kişi və qadın qol saatı alınması üçün 20 min 500 manatlıq müqavilələr bağlanılıb.