Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində 360 şagird yerlik tam orta məktəbin tikintisi” tenderinin nəticələrini elan edib.
Cəbrayılda 9,2 milyon manata 60 ev tikiləcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “HN Construction” QSC olub.
Qalib şirkətə 4 503 700 manat ödəniləcək.
Qeyd edək ki, “HN Construction” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Məmmədov Oqtay oğludur. Hüquqi ünvanı Z1117, Bakı Şəhəri Binəqədi Rayonu, Binəqədi Şossesi , ev 185, m. 14 ünvanında yerləşir.