DİN BDYP-nin "Siqnal" İxtisaslaşdırılmışlayihə-İstehsalat İdarəsi iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "N1 Trade" MMC olub.
Qalib şirkətə 4 362 554 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə 2023-cü ilin tələbatına uyğun olaraq yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması nəzərdə tutulur.