Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tenderə yekun vurub.
1,8 milyonluq tenderin qalibi bəlli oldu – TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, ““Tovuz rayonunun Ağdam kəndi ərazisində yerləşən Äxıncaçay su anbarında təmir-bərpa işləri”” tenderinin qalibi “Ricon” MMC olub.
Şirkətlə 2 200 000 manat məbləğində müqavilə imzalanıb.
***
“Gəncə şəhəri, Heydər Əliyev Park-Kompleksi ərazisində yerləşən süni gölün suyunun tənzimlənməsi və ətraf ərazilərin subasma hadisələrindən qorunması məqsədi ilə kompleks layihə - smeta sənədlərinin hazırlanması, bəndin bərpası və sutullayıcı qurğunun tikintisi” tenderinin qalibi “Azərtranss” MMC olub.
Şirkətlə 1 123 000 manat məbləğində müqavilə imzalanıb.
***
“Yengicə su anbarının magistral və paylayıcı kanallarının layihə sənədlərinin hazırlanması” tenderinin qalibi “Promota Mühendislik Ve Müşavirlik Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olub.
Şirkətlə 472 000 manat məbləğində müqavilə imzalanıb
“Bərdə şəhəri hüdudlarında Tərtər çayında sahilbərkitmə işləri” tenderinin qalibi “Qarabağ-Er” MMC olub .
Şirkətlə 4 099 895 manat məbləğində müqavilə imzalanıb.