Meliorasiya və Su Təsərrüfatı ASC keçirdiyi tenderlərin nəticələrini açıqlayıb.
FED.az TENDER xəbər verir ki, dövlət qurumu tərəfindən 28 fevral 2019-cu il tarixində 4 müqavilə imzalanıb və bu müqavilələrin ümumi məbləği 3 mln 852 min 950 manat təşkil edib.
Eləcə də bax: Sosial evlərin tikintisi iki şirkətə verildi – 10,5 MİLYONLUQ MÜQAVİLƏ
Bu müqavilələr aşağdakılardır:
1. "Naxçıvan Avtomobil Zavodu" MMC ilə 200 min manat dəyərində imzalanan müqavilə. Müqavilənin predmeti minik avtomaşınlarının alınması olub.
2. Kiçik tonnajlı yük avtomaşınlarının alınması üçün 439 min manat dəyərində olan və "Sun Cars" MMC ilə imzalanan müqavilə.
"Gəncə Avtomobil Zavodu" İB ilə 2 müqavilə imzalanıb. Bunlardan biri kranlar, kran manipulyatorlar, aqreqatların alınması üzrə olan və dəyəri 1 mln 536 min 200 manat dəyərində olan müqavilə olub.
Digəri isə şirkətdən yüküözüboşaldan avtomaşınlar alınması üzrə olan, dəyəri 1 mln 677 min 750 manat təşkil edən müqavilədir.
Dövlət qurumu 4 milyon manatlıq nəqliyyat vasitələri alıb
17:37
5 Mart 2019