Bakı Dövlət Universiteti Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi üçün mal-materiallar, avadanlıq, cihaz, mebel, inventar, ehtiyat hissələri və alətlərin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 330 656 min manatlıq tenderin qalibi "Azecolab" MMC olub.
Tenderlə tumba, masa, iş dəzgahı, stul, xüsusi assimetrik dizaynlı şkaf və s. alınacaq.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, "AZECLOB" şirkəti bundan əvvəl "AzerGold"un Daşkəsən dəmir filizi yatağı üzrə ilkin ekoloji monitorinq xidmətlərinin satınalınması üzrə 193 min 520 manatlıq tenderini udub.