Dövlət Məşğulluq Agentliyi “Agentliyin Aparatı üçün nəqliyyat vasitələrinin satın alınması” tenderinin nəticələrini elan edib.
“Toyota Abşeron Mərkəzi” daha bir quruma avtomobillər satdı – TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Toyota Abşeron Mərkəzi” MMC olub.
Şirkətlə 321 440 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən hər birindən 1 ədəd olmaqla buraxılış ili minimum 2023-cü il olan sedan tipli minik avtomobil, offroader / SUV tipli avtomobil və offroader tipli avtomobil satın alınacaq.