Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti proqram satınalınması ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Eləcə də bax: FHN-in tenderlərini kim udur? – SİYAHI, QALİBLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti “əlillik altsisteminin təkmilləşdirilməsi xidmətinin, mühasibat uçotu və hesabat işləri üzrə mühasibat uçotunun avtomatlaşdırılması proqramı” tenderini "AİSTGROUP" MMC şirkəti udub.
296 min 62 manatlıq müqavilə imzalanıb.