"Regional Su Meliorasiya Xidməti" PHŞ tərəfindən həyata keçirilən müxtəlif avadanlıq və materialların satınalınması üzrə elan edilmiş 4 tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xidmət ümumi dəyəri 6 540 816 manat olan müqavilələr imzalayıb. Satınalmaların nəticələri aşağıdakı kimidir:
-
"Elbite" MMC – Sürtkü yağlarının satın alınması. Müqavilənin dəyəri 2 266 866 manat təşkil edir.
-
"Universal Pro" QSC – D tipli nasos və D tipli nasos aqreqatlarının (mühərriklə birlikdə) satın alınması. Müqavilənin dəyəri 1 590 050 manat təşkil edir.
-
"Ramma" QSC – Yüküözüboşaldan avtomaşınların satın alınması. Müqavilənin dəyəri 1 498 000 manat təşkil edir.
-
"Universal Pro" QSC – Elektrik mühərriklərinin satın alınması. Müqavilənin dəyəri 1 185 900 manat təşkil edir.
Beləliklə, "Universal Pro" QSC Xidmətin iki tenderində qalib gələrək ümumilikdə 2 775 950 manat dəyərində sifariş alıb.











