Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən elan olunan 2 tenderin nəticələri açıqlanıb.
Dövlət qurumunun 2 tenderi eyni səbəb ucbatından - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, hər 2 tenderdə “TK Project” MMC (VÖEN: 1305273901) qalib olub.
Şirkət “4-cü yaşayış məhəlləsinin layihələndirilməsi xidməti” üçün 2 003 050 AZN, “3-cü yaşayış məhəlləsinin layihələndirilməsi xidməti” üçün isə 1 281 480 AZN məbləğində müqavilələr imzalayıb. Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “TK Project” MMC bundan öncə də bir sıra iri həcmli layihələrdə qalib gəlib. 5 avqust 2025-ci ildə “Ağdam şəhər 4-cü faza üzrə yaşayış məhəllələrinin işçi layihələrinin optimallaşdırılması” üçün 294 410 AZN-lik, 14 may 2025-ci ildə “Qubadlı 2-ci yaşayış məhəlləsinin layihələndirmə xidmətləri” üçün 793 550 AZN-lik, 13 may 2025-ci ildə “Ağdam şəhər 4-cü faza üzrə yaşayış məhəllələrinin tikintisinə müəllif nəzarəti xidmətləri” üçün 344 088 AZN-lik, 10 fevral 2025-ci ildə “Kəlbəcər inzibati binasının təfərrüatlı layihələndirmə prosesinin monitorinqi” üçün 205 189 AZN-lik, 5 fevral 2025-ci ildə isə “Kəlbəcər inzibati binasının layihələndirilməsi” üçün 601 918 AZN-lik tenderlərdə qalib olub.
Qeyd edək ki, “TK Project” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Tofiq Kərimli Rafiq oğludur. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 70B, mənzil 801 ünvanında yerləşir.