Sosial Xidmətlər Agentliyi “Sosial Xidmətlər Agentliyinin 2022-2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Rsm Azerbaijan” MMC olub.
Qalib şirkətə 152 220 manat ödəniləcək.
Bu qiymətə daxildir :
1)2022-ci maliyyə ili üzrə (01.01.2022-31.12.2022-ci ili əhatə edən dövr) maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunluğunun yoxlanılması və rəy verilməsi
2) 2023-cü maliyyə ili üzrə (01.01.2023-31.12.2023-cü ili əhatə edən dövr) maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunluğunun yoxlanılması və rəy verilməsi
3) 2024-cü maliyyə ili üzrə (01.01.2024-31.12.2024-cü ili əhatə edən dövr) maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunluğunun yoxlanılması və rəy verilməsi