“Qarabağ Dirçəliş Fondu” (VÖEN: 1702986621) açıq tender elan edib.
FED.az xəbər verir ki, tender 3 ədəd subartezian quyusunun tikinti işlərinin satın alınmasına aiddir. Satınalmanın ehtimal olunan qiyməti 227 min 624 manatdır.
Müsabiqə 23 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 15 oktyabr 2025-ci il saat 15:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 15:00-da keçiriləcək.
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manatdır.
Əlaqələndirici şəxs: Əhməd Qarayev – aparıcı mütəxəssis
Əlaqə: [email protected], +994 51 342 22 68
İddiaçılar təkliflərini 15 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Qurban Abbasov küçəsi 5, Bayıl Bay, 4-cü mərtəbə ünvanına təqdim edə bilərlər.