Bakı Metropoliteninin avtonəqliyyat parkında mövcud olan nəqliyyat vasitələrinə servis və təmir işlərini “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqənin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, "YURD.MR" MMC qalib elan olunub.
Qalib gəlmiş təşkilat ilə ƏDV-daxil 2.790.865,54 AZN (iki milyon yeddi yüz doxsan min səkkiz yüz altmış beş manat 54 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.