"Xıllı Balıq" MMC "Balıq yemlərinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, "Kəhf" MMC (VÖEN: 6500595061) qalib olub.
Şirkətlə 201 050 manat məbləğində müqavilə imzalanıb.
"Kəhf" MMC daha öncə də "Xıllı Balıq" MMC ilə 254 290 manat dəyərindəki "Nərəkimilər dəstəsinə daxil olan balıqlar üçün süni və canlı yemlərin satın alınması." tenderi üzrə satınalma müqaviləsi bağlayıb (14.04.2022).