Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi “Dərman preparatlarının satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu 16 milyon manatlıq dərmanlar alır - SİYAHI - TENDER
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.
Qalib şirkətə 2 534 490 manat ödəniləcək.
Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov, ev 30 F ünvanında yerləşir.