Baş Prokurorluq “Güllərin satın alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. Müsabiqə yanvar ayının 26-dA başlayıb.Tələb olunan sənədlər fevralın 16-dək, təkliflər isə fevralın 27-dək təqdim edilməlidir. Zərflər fevral ayının 28-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1700354471
Satınalan təşkilatın ünvanı: AZ1001, Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7.
Çatdırılma yeri: AZ1001, Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7
Çatdırılma müddəti: 31.12.2023-cü il tarixədək, şərtlər toplusuna əsasən
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Qərənfil |
Qərənfil təzə dərilmiş və qırmızı rəngdə olmalıdır, uzunluğu 70 sm-dən kiçik olmamalıdır. Qərənfil tam açılmış formada təqdim olunmalıdır. |
20000 |
ədəd |
2 |
Qızıl gül |
Qızıl gül təzə dərilmiş və qırmızı rəngdə olmalıdır, gülün uzunluğu 70 sm-dən kiçik olmamalıdır. Təhvil zamanı tikanlardan və gövdə yarpaqlarınnan tam təmizlənmiş formada olmalıdır. |
4000 |
ədəd |
3 |
Əklil |
Əklil qırmızı təzə dərilmiş qızıl güllərdən hazırlanmalıdır. Əklil oval formada olmalıdır. Minimal gül sayı 120 ədəd olmalıdır. Əklilin hündürlüyü 1.5 m-dən kiçik olmamalıdır. Üzərində 2 ədəd, eni 15 sm olan lent üzərində qızılı hərflərlə yazı olmalıdır. |
20 |
ədəd |
4 |
Gül kompozisiyası |
Kompozisiya təzə dərilmiş ağ qızıl gül və ağ zanbaqdan ibarət olmalıdır. Kompozisiya qamışdan hazırlanmış səbətdə yığılmalıdır. Güllər tam açılmış formada olmalıdır. Kompozisiyanın hündürlüyü 80 sm-dən, eni isə 90 sm-dən kiçik olmamalıdır. |
20 |
ədəd |