Aqrar Tədarük və Təchizat ASC şirkət tərəfindən tədarük və təchizat logistikasında istifadə edilən 20 ədəd Hyundai HD 78 yük avtomobillərinə ehtiyyat hissələrinin, təmir və texniki xidmət göstərilməsinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 235 945 manatlıq tenderin qalibi "Great Motors" QSC olub.
Tenderlə hava filtri dəsti, mühərrik yağı, antifriz, sürətlər qutusunun yastığı (böyük), akkumulyator kleması, resorun listi və s. alınacaq.
Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.