Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya Və Texniki Təmizlik İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki. elanda texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1500194341
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Balaxanı şossesi 12
Müsabiqənin başlama tarixi və vaxtı: 05.07.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.07.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 03.08.2023 12:00
Malların və onun təhvil verilməsini təsdiq edən sənədlər (qaimə, elektron qaimə, hesab-faktura) qəbul edildikdən sonrakı 15 (on beş) bank günü ərzində
Çatdırılma yeri - Bakı, Balaxanı-Binəqədi şossesi 12
Çatdırılma müddəti - Müqavilə bağlandığı tarixdən sonra sifariş əsasında 30 dekabr 2023-cü ilədək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
İddiaçının anoloji iş təcrübəsi üzrə müqavilə barədə məlumat
İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı
iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Seyid Həsənov, Baş mühasibin müavini
Email: [email protected]
Əlaqə telefonu: (012) 565 09 26
Miqdar 2 300 ton