ASAN xidmət tender elan edir.
FED.az xəbər verir ki, qurum ümumilikdə 2165 dəst kişi və qadın yay geyim formaları alır.
Əlaqələndirici şəxs: Kamal Səfərov - məsləhətçi: 012 444 74 44
Kişi kostyumu (pencək və şalvar) üzrə tələblər:
Pencək: Laskanlıdır, mərkəzdən iki ədəd ilgək və düymə ilə düymələnir, yarıyapışıq siluetlidir.Ətəklər kəsik yan hissəli və qarsaqlıdır. Sol ətəyin döş nahiyəsində lastikli cib tikilir. Ətəyin yan hissəsində qapaqlı, köbəli kəsmə ciblər tikilir. Yaxalıq qatlanandır. Üst yaxalıq kəsik dayaqlıdır.Kürək orta tikişlidir. Tikişin sonu şlitsa ilə tamamlanır, qollar iki tikişlidir. Dirsək tikişinin qurtaracağı açıq şlitsa ilə tamamlanır. Şlitsada bəzək üçün dörd ədəd ilgək və düymə tikilir.Astarlıdır, sol ətəyində bir ədəd içəri cib tikilir. Göy rəngdə.
Şalvar: Düz biçimlidir, manjetsizdir, tikilmə kəməri bir ədəd asılma ilgəklə düymələnir. Kəmər üçün eni – 1,0 sm, uzunluğu – 4,0 sm olan 5 ədəd körpücük tikilir. Kəmərin sol ucu qulfik ilə eyni səviyyədə olmalıdır.Şalvarın ön hissəsində kəsmə yan ciblər hazırlanır. Cibin girişi 0.5 sm endə bəzək tikişi ilə bəxyələnir. Şalvarın qulfiki zəncirbəndlə bağlanır. Şalvarın arxa hissəsində qarsaq və sağ köbəli kəsmə cib tikilir. Cib bir ədəd ilgək və bir ədəd düymə ilə düymələnir. Göy rəngdə.
Miqdar: 980 dəst
Qadın kostyumu (pencək və ətək və ya şalvar) üzrə tələblər:
Yubka: Düz biçimlidir, manjetsizdir, içi astarlıdır. Kəmər üçün eni – 1,0 sm, uzunluğu – 4,0 sm olan 5 ədəd körpücük tikilir. Kəmərin sol ucu qulfik ilə eyni səviyyədə olmalıdır;Ətək hissəsi 0,1 sm endə bəzək tikişi ilə bəxyələnir. Ətəyin şlitsasi 12 sm uzunluğundadır. Arxa kəmər hissəsi bir ədəd ilgək və bir ədəd düymə ilə düymələnir. Düymə hissəsinin altında şlitsanın üstü zəncirbəndlə bəxyələnir. Göy rəngdə.
Şalvar: Düz biçimlidir, manjetsizdir, tikilmə kəməri iki ədəd kiçik düymə ilə düymələnir. Kəmər üçün eni – 1,0 sm, uzunluğu – 4,0 sm olan 5 ədəd körpücük tikilir. Kəmərin sol ucu qulfik ilə eyni səviyyədə olmalıdır; şalvarın ön hissəsində kəsmə yan ciblər hazırlanır. Cibin girişi 0.5 sm endə bəzək tikişi ilə bəxyələnir; şalvarın qulfiki zəncirbəndlə bağlanır. Şalvarın arxa hissəsində iki ədəd kəsmə cib tikilir. Göy rəngdə.
Jilet: Poliester pambıq qarışığı parçadandır, astarlıdır;dar kəsimlidir, qolsuzdur. Ön hissədən köbə ilə kəsmə 0,5 sm-də qoşa tikişli 2 cib tikilir. Jilet ön hissədən üç ədəd ilgək və üç ədəd düymə ilə düymələnir. İki ciblidir, hissələr 1sm tikiş ilə birləşir.
Miqdar: 1185 dəst