Ağdaş Rayon Mərkəzi Xəstəxanası “Ərzaq məhsullarının alınması və təminatı (2023-cü il üçün keytring xidməti)” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə yanvar ayının 6-da başlayıb.Tələb olunan sənədlər yanvarın 27-dək, təkliflər isə fevralın 6-dək təqdim edilməlidir. Zərflər fevral ayının 7-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 3300042651
Satınalan təşkilatın ünvanı: Ağdaş şəhəri Heydər Əliyev prospekti 184
Çatdırılma yeri: Ağdaş şəhəri Heydər Əliyev prospekti 184
Çatdırılma müddəti: 31.12.2023-cü il tarixə kimi gündəlik olaraq (qeyri iş günləridə daxil olmaqla) 1 nəfərin gün ərzində 3 dəfə qidalanması. Sifarişlər sifarişçi tərəfindən gündəlik olaraq tələbnamə əsasında xəstə sayına uyğun olaraq veriləcəkdir.
Qeyd: Stasionar və hemodializ xəstələri üçün keytrinq xidməti (xəstələrin hazır yeməklə təminatı) - "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunmuş qida normaları əsasında 2023-ci il ərzində gündəlik olaraq (qeyri iş günləridə daxil ol maqla) 1 nəfərin gün ərzində 3 dəfə qidalanması. Sifarişlər sifarişçi tərəfindən gündəlik olaraq tələbnamə əsasında xəstə sayına uyğun olaraq veriləcəkdir. Qeyd: 2023-ci il ərzində xəstəxanada 21000 nəfərin müalicə olunacağı ehtimal olunur. Yeməkləri xəstələrə paylanılması icraçı tərəfindən həyata keçiriləcəkdir.