Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi “Heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Forester” LLC olub.
Şirkətlə 2 190 569 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 5 775 000 doza çiçək xəstəliyi əleyhinə peyvənd vasitəsi, 4 960 000 doza qarayara xəstəliyi 34f2 əleyhinə peyvənd vasitəsi (bütün növ heyvanlarda), 1 860 000 doza nodulyar dermatit xəstəliyi əleyhinə peyvənd vasitəsi, 1 732 000 doza xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (rev-1) və 645 000 doza iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (s-19) satın alacaq.