Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Dəftərxana və təsərrüfat mallarının satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Simplex” QSC olub.
Şirkətlə 20 493 831 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Simplex” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmir Fətullayev Tofiq oğludur. Hüquqi ünvanı Az1022, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a Sity Point ünvanında yerləşir.