"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" PHŞ - DOST Agentliyi sedan tipli avtomobillərin alışına 200 min manat xərcləyəcək.
“Toyota Abşeron Mərkəzi” daha bir quruma avtomobillər satdı – TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, bununla bağlı tenderə artıq yekun vurulub və tenderi qazanan «TOYOTA ABSHERON MERKEZI» MMC ilə müqavilə imzalanıb. Tenderin şərtlərinə görə, avtomobil yeni (2023 buraxılış) olmalı, hibrid benzinlə işləməli, gücü minimum 178 at gücü, transmissiyası E-CVT olmalıdır. Digər tələblərlə yanaşı, maşında 360 - dərəcə görünüş kamerası olmalı, minimum 3 il və ya 100000 km yürüşə zəmanət verilməlidir. Maşının tenderdə qoyulan tələbləri «Toyota Camry» modelinə uyğun gəlir.