“Bakı Telefon Rabitəsi” MMC “Mühafizə xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət mühafizə xidməti müqabilində - 5,2 MİLYON QAZANACAQ
Azərbaycanda mühafizə tenderlərini kimlər udur? – YARISI BİR ŞİRKƏTİNDİR - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC olub.
Qalib şirkətlə 2 062 939 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 41 600 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ənvər Yusifov Əmirulla oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Səbail rayonu, Üzeyir Hacıbəyov, ev 52 ünvanında yerləşir.
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.