"Azərsu" ASC balansında olan subartezian quyularının istismarı üçün nasos aqreqatlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 2.094 milyon manatlıq tenderin qalibi "Hinal Group" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Tenderlə 30 ədəd subartezian nasos aqreqatı alınacaq.