"Göygöl Milli Parkı" (VÖEN – 2300328461) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti mikroavtobus nəqliyyat vasitəsinin satın alınmasıdır. Ehtimal olunan qiymət 128 974 manat təşkil edir.
Ban növü: Mikroavtobus/ İstehsal ili min.: 2026 (Yeni)/ Minimum Emissiya Standartı: EuroVI/ Mühərrikin həcmi min.: 2000CC/ Yanacaq çəni tutumu min.: 80litr/ Yanacaq növü: Dizel/ Min. at gücü: 134/ Transmissiya növü: min. 6 pilləli mexaniki/ Maksimum fırlanma anı: 350N·m tork/ Sürücü və sərnişin bölməsi üçün ayrıca kondisioner (+isitmə)/ Əyləclər: Ön və arxa disklər/ Şin ölçüsü: 215/75R16C/ Təhlükəsizlik: ABS+EBD+ESC, Sürücü hava yastığı, Yan qoruyucu şüa və yanğinsöndürən, Polad arxa bufer/ Sərnişin tutumu min.: 15 nəfər/ Funksional avadanlıqlar: Mərkəzi kilid+qatlanan açar/ Bir toxunuşla açılma, Çoxfunksiyalı sükan, Tam rəqəmsal LCD panel MP3+Radio, Kruiz-kontrol, Səyahət kompüteri, Ön elektrik şüşələr, Sürücü üçün bir düymə ilə şüşə endirmə, Salon daxili antireflektor güzgü, Sərnişin bölməsi üçün tavan işığı, Ön faranın elektriklə tənzimlənməsi, 6 istiqamətli tənzimlənən sürücü oturacağı, Oturacaqların baş dayaqları, Kabin üstü əşya gözü/ Xarici avadanlıq: LED ön faralar, Ön duman farası, LED gündüz hərəkət işıqları, Arxa duman işığı, Sərnişin bölməsində yan tərəflər şüşəli pəncərələr/ Polad disk, Mexaniki arxa görünüş güzgüsü/ Uzunluq min.: 5750mm/ Eni min.: 2036mm/ Hündürlük min: 2590mm/ Zəmanət: 1 il və ya 50.000 km/ Nəqliyyat vasitəsinin bir illik icbari sığortası, Dövlət Nömrə nişanı alınması və "Texpasport qeydiyyatı"/ QEYD: Nəqliyyat vasitəsi üzrə performans və funksionallıq tələbləri nəzərə alınaraq minimum texniki göstəricilər qeyd edilmişdir. Sayı - 2 ədəd
Təkliflərin son təqdim olunma vaxtı 17 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Rahib Bərxudarov - Satınalmalar üzrə məsləhətçi
[email protected]
+994 12 597 01 68 (4019)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 17 aprel 2026-cı il tarixinə qədər Göygöl rayonu Toğanalı kəndi ünvanına təqdim edə bilərlər.












