Azərbaycan Texniki Universiteti maşın və avadanlıqlarının satınalınması üzrə tender elan edir.
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, tender 2 LOT üzrə keçirilir. Tenderdə iştirak haqqı lotlar üzrə 1500 və 300 manatdır və bu ödəniş heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 15.12.2021-ci il saat 17:00 - a kimi təqdim etməlidirlər.
Lot-1. İT avadanlıqlarının satınalınması;
Lot -2. Şəbəkə avadanlıqlarının satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatlar əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar hər iki lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını "Asan Ödəniş" vasitəsilə hesaba köçürdükdən sonra müsabiqə üzrə "Əsas şərtlər toplusunu" əldə edə bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 15.12.2021-ci il saat 17:00 tarixinə qədər və tender təklifi və tender təklifinin bank təminatı sənədlərini 23.12.2021-ci il saat 17:00 tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər. Lot 1 üzrə (İT avadanlıqları) təqdim edilmiş iddiaçıların təklifləri 24.12.2021-ci il saat 10:00 tarixində, Lot 2 üzrə (Şəbəkə avadanlıqları) təqdim edilmiş iddiaçıların təklifləri saat 12:00-da açılacaq. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. Maraqlanan təşkilatlar [email protected] email ünvanı və 012- 539-11-19 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.