Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi istehsalat nəqliyyat vasitələrinin (tırtıllı ekskavatorların) satınalınması ilə bağlı açıql tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1000444591
Satınalan təşkilatın ünvanı: M.Rəsulzadə qəsəbəsi keçid 1285
Satınalma predmeti: İstehsalat nəqliyyat vasitələrinin (tırtıllı ekskavatorların) satınalınması
ÜSL kod (kateqoriya): 43262000-7 Ekskavator texnikası
Müsabiqənin başlama tarixi və vaxtı: 25.04.2023 17:12
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.05.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.05.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 30.05.2023 11:00
Çatdırılma yeri - AZ 1054 Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi keçid 1285
Çatdırılma müddəti - Müqavilə imzalandıqdan sonra 90 təqvim günü müddətinə
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Cavid İsmayılzadə, Rəis müavini
Email: [email protected]
Əlaqə telefonu: 4128876 , 050 318 1155
Tırtıllı ekskavator -4 ədəd
Tırtıllı ekskavator (uzun qol) - 12 ədəd
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
İstehsalçı tərəfindən yalnız Satınalan Təşkilata ünvanlanmış tenderdə iştirak etmək üçün etibarnamə (MAF məktubu)
Satın alınan mallara İddiaçı tərəfindən öldə daxilində servis mərkəzi təqdim edilməlidir. Əks halda iztisas göstəricilərinə uyğun olmayan iddiaçı kimi müsabiqədən kənarlaşdırılacaq
İstehsalçı haqqında məlumat (ƏŞT-da Qoşma 6), və əlavə olaraq istehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı
İstehsalçı tərəfindən malların 90 təqvim günü müddətində çatdırılmasına dair satınalan təşkilata ünvanlanmış öhdəlik məktubu
Təklif olunan məhsullara görə istehsalçının təsdiq etdiyi zəmanət məktubu
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib