Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi “Agentlik və onun tabeliyindəki Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün informasiya texnologiya (İT) avadanlıqlarının satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Unisell” MMC olub.
Qalib şirkətə 140 701 manat ödəniləcək.
Bu qiymətə daxildir 65 ədəd kompüter dəsti, 10 ədəd dizüstü kompüter, 45 ədəd A4 ağ-qara printer, 5 ədəd A4 rəngli printer, 10 ədəd sürətli masa üstü skanner, 22 ədəd İP telefon, hər birindən 2 ədəd olmaqla sərt korpuslu planşet, planşet üçün mobil printer ağ-qara və imza paneli.