"Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi (VÖEN – 1300050781) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti Fond üçün 14 ədəd sərnişin minivan tipli xidməti minik avtomobilinin satın alınmasıdır. Ehtimal olunan qiymət 611 min 800 manat təşkil edir. Bu da bir ədəd avtomobilin qiymətinin 43 min 700 manat olması deməkdir.
Müsabiqə 27 noyabr 2025-ci il, saat 10:58-də dərc olunub. Təkliflərin qəbulu 19 dekabr 2025-ci il, saat 17:00-da başa çatır. Zərflərin açılışı da 19 dekabr 2025-ci il, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Qaydalar üzrə hər iki ödəniş geri qaytarılmır.
Əlaqələndirici şəxs – Zeynəb Axundova, böyük mütəxəssis
Telefon: +994 99 412 53 02
E-mail: [email protected]
İddiaçılar təkliflərini 19 dekabr 2025-ci il, saat 17:00-a qədər satınalan təşkilatın ünvanına təqdim edə bilərlər.
Texniki tələblər:
-
İstehsal ili: minimum 2024 (yeni, zavod istehsalı)
-
Ölçülər: minimum 4700 × 1800 × 1800 mm
-
Sərnişin sayı: minimum 5 sərnişin +
-
Çəkisi: minimum 1400 kq
-
Mühərrik həcmi: minimum 1400 sm³
-
Silindr sayı: minimum 4
-
Yanacaq növü: dizel
-
At gücü: minimum 80 a.g.
-
Klirens: minimum 160 mm
-
Ötürücü qutusu: minimum 5 pilləli mexaniki və ya ekvivalenti
-
Yanacaq çəni: minimum 50 litr
-
Təkər ölçüləri: en 190–220 mm, profil 50–70 mm, disk diametri R15–R18
-
Təhlükəsizlik: minimum ABS və ya ekvivalenti, uzaqdan idarəetmə ilə kilidlənmə
-
Digər: kondisioner (manual və ya ekvivalenti), tənzimlənən oturacaqlar










