Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti “Dövlət Yanğın Nəzarəti Xidmətinin üçün yanğın nəzarəti işinin təşkili ilə əlaqədar nəqliyyat vasitələrinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Yenimotor” MMC olub.
Şirkətlə 123 080 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 2 ədəd PİKUP tipli nəqliyyat vasitəsi satın alınacaq.