Dövlət Sərhəd Xidməti “Dəsmalların alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır. Müsabiqə yanvar ayının 12-də başlayır.Tələb olunan sənədlər fevralın 2-dək, təkliflər isə fevralın 10-dək təqdim edilməlidir. Zərflər fevral ayının 13-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1700360581
Satınalan təşkilatın ünvanı: AZ 1000, Bakı şəhər, Z.Əliyeva küçəsi, 30
Çatdırılma yeri: Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi 52-ci km
Qeyd edək ki, sifarişə 102 000 ədədə iplik əl-üz dəsmalı, 7 000 ədəd iplik hamam dəsmalı, 1 500 ədəd xovlu hamam dəsmalı, 4 000 ədəd xovlu əl-üz dəsmalı daxildir.