Dövlət Sərhəd Xidməti “Yuyucu və yuyunma vasitələri” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə yanvar ayının 18-də başlayacaq.Tələb olunan sənədlər fevralın 9-dək, təkliflər isə fevralın 17-dək təqdim edilməlidir. Zərflər fevral ayının 20-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1700360581
Satınalan təşkilatın ünvanı: AZ 1000, Bakı şəhər, Z.Əliyeva küçəsi, 30
Çatdırılma yeri: Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi 52-ci km
Qeyd: sifarişə 14 000 kq təsərrüfat sabunu 38 000 kq əl-üz sabunu, 54 000 kq yuyucu toz və 3 000 kq kirəc əleyhinə vasitə daxildir.